ELM VƏ TƏHSİL


Doktorantların elmi fəaliyyəti müzakirə olunub

Bakı, 2 noyabr, AZƏRTAC

Noyabrın 2-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru vəzifəsini icra edən Xalıq Yahudov fəlsəfə və elmlər doktoru proqramları üzrə təhsil alan doktorantlar və onların elmi rəhbərləri ilə görüşüb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, professor X.Yahudov universitetdə doktorantura proqramı üzrə təhsil alanlar üçün son illər yaradılan şəraitdən, görülən işlərdən danışıb. Vurğulayıb ki, doktorantların elmi fəaliyyəti və aldıqları nəticələr hər ilin sonunda kafedra iclaslarında müzakirə edilərək qiymətləndirilməli, bu nəticələrin konfranslarda məruzə edilməsi, həmçinin elmi jurnallarda dərc edilməsi təmin olunmalıdır.

Sonra AzTU-nun elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov universitetdə fəlsəfə və elmlər doktoru proqramları üzrə təhsilin vəziyyəti ilə bağlı ətraflı məlumat verib.

Görüşdə mövcud problemlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.