İDMAN


Don Balon: “Florentino Peres 24 saat ərzində Eden Hazardı transfer edəcək

Bakı, 8 yanvar, AZƏRTAC

İspaniyanın “Real Madrid” klubunun prezidenti Florentino Peres İngiltərənin “Çelsi” komandasının əsas qol silahı sayılan Eden Hazardı 24 saat ərzində “Santyaqo Bernabeo”ya gətirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İspaniyanın “Don Balon” idman qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, “kral klubu” belçikalı üçün 150 milyon avrodan keçməyə hazırdır.

Nəşr qeyd edib ki, Eden Hazard bu barədə danışarkən deyib: “Real Madrid” dünyanın ən yaxşı klubudur. Yalan danışmaq istəmirəm, uşaqlıqdan Madrid klubunda oynamaq mənim arzum olub. Gələcəkdə harada olacağım haqqında deyə bilmərəm. Hər gün bu barədə danışmaq istəmirəm. Mənim vaxtım yoxdur, amma düşünürəm ki, tezliklə gələcəyimiz barədə danışacağıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.