MƏDƏNİYYƏT


“Don Kixot”un premyerası maraqla qarşılanıb

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Migel de Servantesin “Don Kixot” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bərham Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Səhnə əsərinin plastik həlli Ceyhun Dadaşova aiddir.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tragikomediya janrında qurulan tamaşada dahi bəstəkar Qara Qarayevin "Don Kixot" simfonik qravürlərindən, həmçinin Qiya Kançelinin və digər bəstəkarların musiqilərindən istifadə olunub.

Don Kixot rolunu Xalq artisti Qurban İsmayılov, Sanço Pansanı Əməkdar artist Şövqi Hüseynov canlandırıblar. Həmçinin tamaşada Əməkdar artist Elşən Çarhanlı, aktyorlar Mehriban Hüseynova, Təhminə Məmmədova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd, Elnur Hüseynov, Elşən Hacıbabayev, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Rövşən Abbasov, İlham Əsədov, İradə Rəşidova, Könül Əbilova, Elgün Yəhyayev, Bəhram Həsənov, Xaliq Bəkirov və Tahir İsmayılov rol alıblar.

Əsrlər öncə yazılmasına baxmayaraq, bu gün üçün də aktual olan əsərin vasitəsilə yaradıcı heyət insana xas olan mərhəmət, sevgi, saflıq kimi duyğuları ifadə etməyə çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.