ELM VƏ TƏHSİL


Doqquzuncu sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçirilir

Bakı, 3 iyul, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) Bakıdakı xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıdakı orta ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçirir.

AZƏRTAC xəbər verir ki, saat 10:00-da başlanan imtahan 1 saat 30 dəqiqə davam edəcək.

İmtahanların keçirilməsi üçün ümumilikdə 111 imtahan binası ayrılıb. İmtahanda Bakıda 702, Şəmkirdə 2446, Gədəbəydə 837, Ağstafada 943, Qazaxda 1017, Tovuzda 1958 , Mingəçevirdə 1310, Balakəndə 884, Zaqatalada 1237, Qaxda 612, Yardımlıda 590, Cəlilabadda 2337, Masallıda 2135, Lerikdə 597, Göyçayda 1330, Ağdaşda 1256, Ucarda 925, İsmayıllıda 980, Qobustanda 377, Ağcabədidə 1804, Füzulidə 823, Beyləqanda 1102, Salyanda 1422, Neftçalada 822, Hacıqabulda 710, Qusarda 1042, Qubada 1962, Siyəzəndə 471, Xızıda 164 doqquzuncu sinif şagirdinin iştirakı nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.