İQTİSADİYYAT


Dörd ayda 102 min tonadək metanol istehsal olunub

Bakı, 18 may, AZƏRTAC

Cari ilin ilk 4 ayında Azərbaycanda 38 min ton propilen (ondan əmtəəlik 37,9 min ton), 42,1 min ton polietilen, 48,8 min ton etilen, 101,7 min ton metanol (metil spirti) istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-aprel aylarında kimya sənayesində məhsul buraxılışı ötən ilin eyni ayları ilə müqayisədə 31,2 faiz artıb. Mayın 1-nə 4,1 min ton propilen, 4,2 min ton polietilen və 14,7 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.

Hesabat dövründə əsas kimya məhsullarından propilen istehsalı 80,2 faiz, etilen istehsalı 21,2 faiz, polietilen istehsalı isə 7,6 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.