İQTİSADİYYAT
Dörd ayda “Azexport.az” portalında ən çox ixrac sifarişi alan məhsullardan biri nar şirəsi olub
Bakı, 25 may, AZƏRTAC
Bu ilin ilk 4 ayı ərzində "Azexport.az" portalında ən çox ixrac sifarişi alan məhsullardan biri nar şirəsi olub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın ikinci sayında yer alıb.
Belə ki, 4 ay ərzində Fransa, Almaniya, Səudiyyə Ərəbistanı, Türkiyə, Ukrayna, Misir, Latviya, Kanada, Polşa, Rusiya, Danimarka, Hindistan və digər ölkələrdən nar şirəsinə ixraca sifarişi daxil olub.
Xarici sifarişçilər nar şirəsi ilə yanaşı, nar şərabına da böyük maraq göstərirlər. "Azexport.az" portalına daxil olan sifarişləri isə operativ olaraq nar şirəsi istehsal edən müəssisələrə yönəldilib.