SİYASƏT


Dövlət Bayrağı Günü münasibətilə AZƏRTAC-ın təşkilatçılığı ilə Kiyevdə aksiya keçirilib

Kiyev, 9 noyabr, AZƏRTAC

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbir məntəqəsinin təşkilatçılığı ilə Kiyevdə aksiya keçirilib.

Aksiyada şəhər sakinlərinə və xarici qonaqlara bayrağımızın rəmzləri, tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Həmin sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.

Sonra “Şanlı bayrağımla şəkil” aksiyası reallaşdırılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.