ELM VƏ TƏHSİL


Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursu keçirilmişdir

Bakı, 18 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycanda dövlət-din münasibətləri“ istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu keçirilmişdir.

Dövlət İdarəçilik Akademiyasından AZƏRTAC-a bildirmişlər ki, kursun əsas məqsədi Azərbaycan Respublikasında dövlət-din siyasəti və prioritet istiqamətlər, Azərbaycanda mövcud dini durum: problemlər və perspektivlər, Azərbaycanda dövlət-din münasibətlərinin qanunvericilik bazası və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması idi.

Kurs ərzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Nazirlər Kabineti Aparatının şöbə müdiri İsmayıl Sadıqov və digərləri müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.

DİA-da kurs üzrə dinləyicilərin buraxılış mərasimi keçirilmişdir. Akademiyanın tədris işləri üzrə birinci prorektoru, professor Əlikram Abdullayev kursun sonunda dinləyicilər qarşısında çıxış etmiş, onlara kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim edərək gələcək işlərində uğurlar arzu etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.