ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi tələbə adını qazanmayan abituriyentlərin imtahan ballarının paylanması barədə məlumat yayıb

Bakı, 16 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) I, II, III və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında statistik məlumat (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) yayıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu məlumatla http://dim.gov.az/upload/iblock/be8/be89d8e3b2cf29132c753bc2181eb088.pdf  linki vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi avqustun 16-dan 20-dək internet vasitəsilə aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.