CƏMİYYƏT


Dövlət Məşğulluq Xidməti məcburi köçkünlərə səyyar xidmət göstərib

Bakı, 14 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Nəsimi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada Məşğulluq Mərkəzlərinə gəlmək imkanı olmayan şəxslər üçün səyyar xidmət göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səyyar xidmətin məqsədi özünüməşğulluq proqramı və digər aktiv məşğulluq tədbirlərinin təbliğ olunması, layihələrə qoşulmaq istəyənlərin qeydiyyatının aparılması olub.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib.

Səyyar xidmət zamanı məcburi köçkünlərə Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən özünüməşğulluq layihəsi barədə məlumat verilib, proqramın kiçik sahibkarlığa çıxış imkanı yaratdığı və aztəminatlı ailələrin büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşdırılmasında mühüm rol oynadığı bildirilib.

Sonra özünüməşğulluq proqramı və peşə hazırlığı üçün müraciət edən şəxslərin yerindəcə qeydiyyatı aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.