CƏMİYYƏT


Dövlət Miqrasiya Xidmətində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Bakı, 10 may, AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və kollektivi Ulu Öndərin xatirəsini yad ediblər.

AZƏRTAC xəbər verir ki, Dövlət Miqrasiya Xidmətində fəaliyyət göstərən Heydər Əliyev Muzeyində Ümummilli Liderin büstü önünə əklil qoyulub, ruhuna hörmət və ehtiram ifadə olunub. Gün ərzində pandemiya qaydalarına uyğun olaraq, sosial məsafə saxlanılmaqla Xidmət əməkdaşlarının muzeyə ziyarəti təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.