ELM VƏ TƏHSİL


Dövlət qulluğu üzrə test imtahanında iştirak etmək üçün 1085 nəfər qeydiyyatdan keçib

Bakı, 11 oktyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi tərəfindən oktyabrın 24-də dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat oktyabrın 14-ü saat 14:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 13:15-dək imtahanda iştirak etmək üçün 1085 nəfər (BA - 272, BB - 813) qeydiyyatdan keçib.

İmtahanların başlanma saatı və yeri barədə məlumat Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Xatırladaq ki, imtahanda iştirak etmək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları barədə məlumat DİM-in saytında verilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.