ELM VƏ TƏHSİL


Dövlət qulluğu üzrə test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin nəzərinə

Bakı, 31 iyul, AZƏRTAC

İyulun 31-də dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib. İmtahanın nəticələrinə əsasən AB3 altqrupu üzrə 1, AC1 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 5, AC3 altqrupu üzrə 4, AC4 altqrupu üzrə 7 nəfər olmaqla ümumilikdə 18 namizəd uğur qazanıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün avqustun 2-dən 13-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd olunan sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

-ali təhsil haqqında sənədin surəti;

-əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində Dövlət İmtahan Mərkəzinə təqdim etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.