ELM VƏ TƏHSİL


Dövlət qulluğu üzrə test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb

Bakı, 8 sentyabr, AZƏRTAC

Dövlət qulluğuna qəbul üzrə iyulun 31-də və avqustun 11-də keçirilmiş test imtahanlarında (A və B növü) müvəffəqiyyət qazanmış namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sertifikat almaq hüququ əldə etmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməklə Mərkəzin Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.