ELM VƏ TƏHSİL
“Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil olunub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimdə Müdafiə Sənayesi Nazirliyinin 9 əməkdaşı iştirak edib.
Təlimdə iştirakçılara müsahibənin strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat verilib, müsahibə prosesi zamanı baş verməsi mümkün olan bəzi fövqəladə hallar zamanı hansı addımların atılmasının məqsədyönlü olacağı məsələləri müzakirə edilib. Həmçinin dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi, habelə müsahibə nəticəsindən apellyasiya şikayətlərinə baxılması qaydası barədə təqdimat olub.
Sonda iştirakçıların sualları cavablandırılıb.