ELM VƏ TƏHSİL


“Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təlim təşkil edilib

Bakı, 6 oktyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov tərəfindən “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təlim keçirilib. Təlimdə Baş Prokurorluğun 14 əməkdaşı iştirak edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, təlim zamanı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi, dövlət qulluğu və dövlət qulluqçusu anlayışı, dövlət qulluğunun vəzifə və prinsipləri, idarəetmə orqanları, dövlət orqanı anlayışı və təsnifatı, dövlət qulluğu vəzifəsinin anlayışı, dövlət qulluqçusunun andı, dövlət qulluqçularının ixtisas dərəcələri, hüquq və vəzifələri, xidməti fəaliyyətinin qiymətləndirilməsi, dövlət məvacibi, dövlət qulluğuna qəbul, fəaliyyətin davam etdirilməsi, dövlət qulluğuna xitam verilməsi barədə məlumat verilib.

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkili davam etdiriləcək.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.