ELM VƏ TƏHSİL


Dövlət qulluğuna qəbulla bağlı müsahibənin nəticələri açıqlanıb

Bakı, 20 iyul, AZƏRTAC

Vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün mayın 15-də və iyulun 14-də elan edilmiş daxili müsahibələr başa çatıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyində müsahibəyə yüksək vəzifələr təqdim olunub. Təqdim olunan ən yüksək vakant vəzifələr Mədəniyyət Nazirliyində aparat rəhbərinin müavini - şöbə müdiri, Təhsil Nazirliyində isə şöbə müdiri və regional bölmələrin rəhbərinin müavini vəzifələridir.

Həmin dövlət orqanları tərəfindən vakansiyaya çıxarılan 20 vakant vəzifə üzrə müsahibədə iştirak etmək üçün 21 nəfər qeydiyyatdan keçib. Mədəniyyət Nazirliyi üzrə keçirilən müsahibələrdə iştirak edən namizədlərin müvəffəqiyyət göstəricisi 100 faizdir. Ümumilikdə isə müsahibədə iştirak edənlərdən 17-si vakant vəzifəyə uyğun hesab edilib. Müsahibəyə qatılanlardan yalnız ikisi vəzifə üçün uyğun hesab edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.