ELM VƏ TƏHSİL


“Dövlət və din” toplusunun yeni nömrəsi nəşr olunub

Bakı, 2 avqust, AZƏRTAC

“Dövlət və din” ictimai fikir toplusunun yeni nömrəsi çapdan çıxıb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirilib ki, nəşrdə dövlətimizin başçısının Sərəncamı, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi parad, ölkəmizdə dini qurumlara maliyyə yardımı göstərilməsi kimi materiallar yer alıb. Kitabda, həmçinin “Soyqırımı: fəlsəfi-tarixi-dini baxış – dialoq kontekstində”, “Xalq poeziyasında İslam əxlaqı və harmonik şəxsiyyət məsələləri”, “Multikulturalizm-postmodernizm əlaqəsi”, “İslam əlyazma mədəniyyətində kalliqramlar”, “Cəmaləddin Əfqaninin dünyagörüşü”, “Ordubad şəhərində nadir memarlıq abidəsi” və s. sərlövhəli məqalələrlə də tanış olmaq mümkündür.

Toplunun redaktoru Sadiq Mirzəyev, redaksiya heyətinin üzvləri – akademiklər Gövhər Baxşəliyeva, Teymur Kərimli, Urxan Ələkbərov, Vasim Məmmədəliyev, Yaqub Mahmudov, Nizami Cəfərov, AMEA-nın müxbir üzvləri Bəxtiyar Əliyev, Səlahəddin Xəlilov, professorlar Allahşükür Paşazadə, Etibar Nəcəfov, Əli Əhmədov, Əli Həsənov və başqalarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.