İDMAN


Döyüş növləri üzrə Avropa çempionatında ölkəmizi 12 idmançı təmsil edir

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Ukraynanın Xarkov şəhərində döyüş növləri üzrə Avropa çempionatına start verilib.

Azərbaycan Şaolin və Döyüş Sənətləri Federasiyasından (AŞDSF ) AZƏRTAC-a verilən məlumata görə, 28 ölkədən 850 idmançının iştirak etdiyi yarışda ölkəmiz 12 idmançı ilə təmsil olunur.

Çempionatda idmançılarımız şaolin sanda, şaolin full və peşəkar növlərdə öz güclərini sınayırlar.

Qeyd edək ki, Azərbaycan yığma komandası turnirdə AŞDSF-nin prezidenti Rafiq Əliyev, peşəkar döyüşlər üzrə baş məşqçi Ruhi Hüseynovun rəhbərliyi altında mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.