SİYASƏT


Döyüşlərdə iştirak edən qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb VİDEO

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Ordusunun döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətinin təminat və təchizat məsələləri diqqət mərkəzində saxlanılır və dərhal həll olunması ilə bağlı tədbirlər görülür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qoşunların hərbi texnika, silah-sursat, yanacaq-sürtgü materialları, ərzaq və əmlakla təmin edilməsi müvafiq idarə və xidmətlər tərəfindən sutka ərzində fasiləsiz həyata keçirilir. Bu məqsədlə döyüşlər gedən ərazilərə yaxın yerlərdə səyyar təminat və məişət xidməti məntəqələri yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.