SİYASƏT


Drezdendə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin ildönümü qeyd olunmuşdur

Bakı, 18 oktyabr (AZƏRTAC). Almaniyanın Drezden şəhərində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Alm.az” Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin (AAƏM) təmsilçiləri, rus, yəhudi icmalarının, katolik kilsəsinin, həmçinin Drezdendəki Qazaxıstan, Çexiya, Litva, Latviya, Avstriya konsulluqlarının nümayəndələri və şəhər sakinləri iştirak etmişlər.

Tədbirdə Sachsen parlamenti və şəhər meriyasının iştirakçılara ünvanladıqları təbrik məktubları oxunmuşdur. “Alm.az” Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ağahüseyn Babayev tədbir iştirakçılarını bayram münasibətilə onları təbrik etmişdir.

AAƏM-nin rəhbəri Samira Patzer-İsmailova Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən bu günədək əldə olunmuş nailiyyətlər və dinamik inkişaf barədə toplantı iştirakçılarına ətraflı məlumat vermişdir. Tədbirdə çıxış edən yerli ictimaiyyətin nümayəndələri, Qazaxıstan Respublikasının Sachsen və Sakhsen-Anhaltdakı konsulluğunun katibi Alevtina Böttner iştirakçıları Azərbaycanın dövlətinin müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə təbrik etmiş, hazırda Azərbaycanın dünyada artan nüfuzu ilə birgə onun dostlarının da çoxaldığını bildirmişlər.

Tədbirdə Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, tarixi abidələri, turizm potensialı və milli mətbəxini əks etdirən sənədli film nümayiş olunmuşdur. Rəsmi hissədən sonra qonaqlar üçün ziyafət təşkil olunmuş, yerli musiqiçilər Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmişlər.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.