DÜNYA


Dubay polisi kvadrosiklin arxa təkərləri üstündə sürülməsi üzrə dünya rekordunu təzələdi

Abu-Dabi, 14 yanvar, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri KİV-lərinin yaydığı məlumata görə, Dubay polisinin zabiti Abdulla Qollandi kvadrosiklin arxa təkərləri üstündə bir saata 60 kilometr qət edib və adını Ginnesin Rekordlar Kitabına yazıb. Əvvəlki dünya rekordu 2015-ci ildə arxa təkərlər üstündə 50 kilometr məsafə qət etmiş kanadalı Lukas Envudun olub.

AZƏRTAC xəbər verir ki, Dubay motofestivalında rekord yürüş zamanı hərəkətin sürəti saatda 60 kilometrdən 80 kilometrədək olub. Polis konvoyu idmançını şəhərətrafı Qanqut rayonundan festivalın keçirildiyi Dubay Beynəlxalq Ticarət Mərkəzinədək müşayiət edib.

Abdulla Qollandi Dubay polisinin akrobat komandasının üzvüdür və öz nailiyyətləri ilə idman aləmində məşhurdur.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.