DÜNYA


Dünya Bankı Özbəkistanda vergi sistemi sahəsindəki islahatlara 60 milyon dollar güzəştli kredit ayırıb

Daşkənd, 22 iyun, AZƏRTAC

Dünya Bankı Özbəkistanda vergi sistemi sahəsindəki islahatların həyata keçirilməsinə 60 milyon dollar güzəştli kredit ayırıb.

AZƏRTAC bankın Özbəkistandakı nümayəndəliyinə istinadla xəbər verir ki, aşağı faizlə verilən güzəştli kreditin müddəti 30 ildir.

Layihə Özbəkistan Dövlət Vergi Komitəsinin əməliyyat, texnoloji və kadr potensialının inkişafını, həmçinin vergi qanunvericiliyinin təkmilləşdirilməsini nəzərdə tutur.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.