Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dünya Bankının mərkəzi ofisi üçün Azərbaycanın avtomatlaşdırılmış sosial yardım sisteminin təqdimatı keçirilib

Dünya Bankının mərkəzi ofisi üçün Azərbaycanın avtomatlaşdırılmış sosial yardım sisteminin təqdimatı keçirilib

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən son illərdə ölkəmizin əmək və sosial müdafiə sahələrində elektron əsaslar üzərində qurulan şəffaf idarəetmə və xidmət sistemlərinə mötəbər beynəlxalq təşkilatlar tərəfindən də maraq artmaqdadır. Belə qurumlardan biri olan Dünya Bankının ekspert qrupunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti nəzərə alınaraq, bu təşkilatın Vaşinqtonda yerləşən mərkəzi ofisi üçün nazirliyin ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) videokonfrans vasitəsilə geniş təqdimatı keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əmək və sosial müdafiə sahələrində də uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Bu sahələrdə məhz Azərbaycanın öz mütəxəssisləri tərəfindən hazırlanmış mükəmməl avtomatlaşdırılmış sistemlərin qurulmasının müasir və operativ idarəetmənin formalaşmasına, xidmət sahələrində şəffaflığın artırılmasına, sosial xidmətlərdə “bir pəncərə” prinsipi üzrə e-xidmətlərin göstərilməsinə imkan verib”.

Qeyd olunub ki, bu gün dünyanın digər bir çox ölkələrində əmək və sosial müdafiə sistemi üzrə xidmətlərinin elektron xidmətlər formasında əhaliyə çatdırılması onların gündəliyində dayanan başlıca məsələlərdəndir. Bunun həyata keçirilməsi isə məsələyə sistemli yanaşmanı, tədbirin reallaşdırılması mərhələlərində çevikliyi və əlbəttə ki, ilk növbədə möhkəm və güclü siyasi iradənin olmasını tələb edir. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqəti və güclü siyasi iradəsi, eləcə də nazirliyin rəhbərliyinin və kollektivinin gərgin əməyi, xüsusi ilə də informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislərin peşəkarlığı nəticəsində ölkəmizdə belə bir uğurlu elektron sistemləri formalaşmışdır.

Nazir müavini bildirib ki, 2016-cı ilin 15 fevralından tətbiq olunan VEMTAS dövlət sosial yardım sistemində bütün prosedurların məmur-vətəndaş kontaktları olmadan, tam elektron qaydada həyata keçirilməsinə imkan yaradıb: “Vətəndaşlar təmsil etdikləri ailələrin sosial yardım almaq hüquqlarına baxılması üçün internet əlaqəsi olan istənilən nöqtədən və istənilən vaxt kompüterlər, mobil telefonlar və s. vasitəsilə müraciət edə bilirlər. Ailələr barədə sistemə daxil edilən məlumatların yoxlanılması 20-dən çox qurumun elektron məlumat bazalarına inteqrasiya şəraitində həyata keçirilir və məlumatların təhlili, qərar qəbul etmə prosesi də avtomatik şəraitdə yerinə yetirilir. Bu prosedur VEMTAS-ın funksional imkanlarının kifayət qədər əhatəli olduğunu və onun proqram təminatı formatının gələcəkdə digər mühüm fəaliyyət sahələrinin avtomatlaşdırılması üçün mühüm əsas ola biləcəyini göstərir”.

Diqqətə çatdırılıb ki, VEMTAS-ın tətbiqi ilə “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti də “E-hökumət” portalına inteqrasiya edilib və portalda həmin vaxtdan ən çox istifadə edilən e-xidmətlər sırasında olan bu e-xidmətə cari ilin yanvarın 1-dək 1 milyon 835 min 235 dəfə müraciət olunub.

Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinin avtomatlaşdırılması nəticəsində bu sahələr üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsinə verilib. İctimai marağın yüksək olduğu həmin e-xidmətlərdən təkcə 2016-cı il ərzində 6 milyon 550 min dəfə istifadə edilib.

Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov avtomatlaşdırılmış sosial yardım sisteminə, onun proqram təminatlarına, sosial yardım üçün müraciət edilməsi və müraciətlərə baxılması, yardım təyin edilib-edilməməsi barədə qərar qəbulunun avtomatlaşdırılmış qaydada həyata keçirilməsi prosedurlarına dair təqdimatla çıxış edib. E.Məcidov, həmçinin Dünya Bankının mərkəzi ofisinin əməkdaşlarının aidiyyəti mövzuda suallarını cavablandırıb.

Dünya Bankının mərkəzi ofisinin ekspertləri xidmət sahələri üzrə elektron texnologiyalardan səmərəli istifadə əsasında əhalinin tam şəffaf və əlçatan sistemlərlə təmin edilməsinin müasirləşmə və inkişaf prosesinin önəmli göstəricilərdən olduğunu vurğulayıblar. Onlar Azərbaycanın avtomatlaşdırılmış sosial yardım sisteminin qabaqcıl təcrübə nümunəsi kimi dünyada təbliğinin məqsədəuyğun olduğunu qeyd ediblər. Dünya Bankının nümayəndələri keçirilən hazırkı təqdimatın da bu uğurlu təcrübənin öyrənilməsi və təbliğinin dəstəklənməsi məqsədinə xidmət etdiyini bildirib, bunun üçün yaradılan şəraitə görə nazirliyə təşəkkürlərini ifadə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar