İDMAN


Dünya çempionatı: Dörd boksçumuz səkkizdəbir finalda mübarizə aparacaq

Bakı, 31 oktyabr, AZƏRTAC

Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün dörd boksçumuz səkkizdəbir finalda mübarizə aparacaq. Belə ki, Tayfur Əliyev (60 kq) Arslan Xatayev (Finlandiya), Sərxan Əliyev (71 kq) Yuta Akiyama (Yaponiya), Alfonso Dominqes (86 kq) Pol Aradoae (Rumıniya), Məhəmməd Abdullayev (+92 kq) isə Vladan Babiçlə (Serbiya) qüvvəsini sınayacaq.

Qeyd edək ki, ölkəmiz dünya çempionatında doqquz boksçu ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.