MƏDƏNİYYƏT


Dünya şöhrətli avstraliyalı aktrisa karyerasına son qoymaq niyyətindədir

Bakı, 15 avqust, AZƏRTAC

Dünya şöhrətli avstraliyalı aktrisa, iki “Oskar” mükafatı laureatı Keyt Blanşett yaradıcılıq karyerasına son qoymaq niyyətindədir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Keyt Blanşett rejissor Riçard Linkleyterin “Hara yoxa çıxdın, Bernadett?” adlı filminin Nyu-Yorkda təqdimatından sonra bildirib.

“Mən artıq öz karyerama son qoymalıyam. Əminəm ki, tamaşaçılar bu filmə baxıb deyəcəklər: Həqiqətən də onun üçün dayanmağın vaxtı çatıb”, - deyə aktrisa qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.