DÜNYA


Dünya şöhrətli müğənni Şakira İstanbulda konsert verib

Bakı, 13 iyul, AZƏRTAC

Livan əsilli kolumbiyalı məşhur müğənni Şakira Türkiyənin İstanbul şəhərində möhtəşəm konsert proqramı ilə çıxış edib.

Anadolu xəbər agentliyinin məlumatına görə, müğənni iki saat davam edən konsert proqramında öz repertuarında hit olan bütün mahnıları ilə yanaşı, son albomunda yer alan “La La La”, “Waka Waka” və “Whenever, Whereverin” bəstələrini də ifa edib. Konserti izləyənlər arasında həmyerlilərimiz də olub.

Bir-birindən maraqlı rəqs şoularının yer aldığı konsert proqramı anşlaqla keçib, izləyicilərin marağına səbəb olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.