MƏDƏNİYYƏT


Dünyada turistlərin ən çox getdiyi yerlərin reytinqi dərc edilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Bir kvadratmil (2,59 kvadratkilometr) sahəyə düşən turistlərin sayının ən çox olduğu turizm istiqamətlərinin növbəti reytinqi dərc edilib.

AZƏRTAC xəbər verir ki, 2018-ci ilin yekunların görə lokasiya sahələri və turistlərin gündəlik sayı əsasında onların ən çox getdikləri 20 turizm istiqaməti “Columbus Direct” tədqiqat şirkətinin ekspertləri tərəfindən tərtib edilib.

İlk beşlikdə Asiyanın iki turizm istiqaməti və Avropanın üç şəhəri yer alıb. “Columbus Direct” reytinqinə əsasən 2018-ci ildə turistlərin ən sıx olduğu istiqamət Tailanddakı Phuket adasıdır. İl ərzində 9,29 milyon (yəni orta hesabla gündə 25452 nəfər) turist gələn bu kurort bütün başqa turizm istiqamətlərindən irəlidədir. Burada turistlərin sıxlıq göstəricisi bir kvadratmilə 5090 nəfərə bərabərdir.

İkinci yeri Palma-de-Mayorka (İspaniya, bir kvadratmilə 2918 turist), üçüncü yeri Pattayya (2762), dördüncü yeri Paris (1174), beşinci yeri Barselona tutur (605).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.