DÜNYA


Dünyadakı 6 min dilin 43 faizi yox olmaq təhlükəsi altındadır

Bakı, 20 fevral, AZƏRTAC

BMT-nin yaydığı məlumata görə, dünyada mövcud 6 min dilin 43 faizi yox olmaq təhlükəsi altındadır. Hər iki həftədə bir dil varlığını itirir.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, dünya əhalisinin 40 faizi öz ana dilində təhsil almır. Bu da dillərin yox olmasının başlıca səbəblərindəndir. Məhv olmaq təhlükəsi ilə üzləşən dillər arasında Şimali Qafqazda Qaraçay-Balkar, Xorasan türkcəsi, Qaqauz, Krım-tatar, Gürcüstanda Svan, habelə İrland dili, Sami, Latin Amerikasında Kurripako, Yeni Zelandiyada yerlilərin danışdığı Maori kimi dillər də var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.