MƏDƏNİYYƏT


Dünyaşöhrətli müğənni Beyons altı ildən sonra yeni albomunu buraxıb

Bakı, 29 iyul, AZƏRTAC

Amerikalı müğənni Beyons altı illik fasilədən sonra “Renaissance” adlı albom buraxıb. Bu dünyaşöhrətli müğənninin sayca yeddinci albomudur.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ifaçı öz saytında məlumat verib.

Üç ildir albom üzərində işlədiyini söyləyən müğənni yeni albomuna 16 mahnı daxil edildiyini bildirib. Onun sözlərinə görə, həmin mahnılar rəqəmsal platformalarda da əlçatan olacaq.

Qeyd edək ki, 40 yaşlı Beyons qadın müğənniləri arasında ən çox “Qremmi” musiqi mükafatı sahibidir. Onun hesabında 28 mükafat heykəlciyi var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.