REGİONLAR


Düşmənin döyüş meydanında ataraq qaçdığı hərbi texnikalar FOTO

Füzuli, 30 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Şanlı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını qətiyyətlə alaraq əks-hücumlarını davam etdirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir. Təkcə ötən gün səhər saatlarında cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən sıradan çıxarılıb.

Erməni hərbçiləri darmadağın edilmiş hərbi hissələrində çoxlu sayda döyüş və hərbi texnikalarını qoyub qaçıblar. Düşmənin xeyli sayda canlı qüvvəsi məhv olunub.

Düşmənin ataraq qaçdığı URAL və UAZ avtomobillərini AZƏRTAC-ın cəbhə zonasına ezam olunmuş fotoqrafı Tofik Babayev lentə alıb. Fotoları təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.