EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNDƏ EKOLOJİ İDARƏETMƏ ÜZRƏ HEYDƏR ƏLİYEV MƏKTƏBİ AÇILMIŞDIR
Sonra akt salonunda “Heydər Əliyev və Azərbaycanda ekoloji siyasət” mövzusunda elmi-praktik konfrans olmuşdur. Nazir Hüseynqulu Bağırov konfransın açılışında çıxış edərək, müstəqil Azərbaycan dövlətçiliyinin təşəkkülündə, ölkədə ictimai-siyasi sabitliyin yaranmasında Prezident Heydər Əliyevin müstəsna rolundan danışmış, bütün siyasi fəaliyyəti dövründə Azərbaycan təbiətinin mühafizəsinə böyük diqqət yetirdiyini və SSRİ dövründə onun siyasi iradəsi sayəsində ölkə ərazisində atom stansiyasının tikilişinə yol verilmədiyini vurğulamışdır. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ekoloji siyasətin həyata keçirilməsi üçün genişmiqyaslı qanunvericilik bazası işlənib hazırlanmış və qəbul edilmişdir. Ölkənin meşə örtüyünün bərpa olunması, heyvanat və bitki aləminin qorunması sahəsində məqsədyönlü iş aparılır.
Asya Manafova, professor Şahvələd Xəlilov və digər məruzəçilər Azərbaycanın nadir təbiətinin qorunması, yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi sahəsində Heydər Əliyev siyasətinin ölkənin ekoloqları tərəfindən davam etdirilməsinin vacibliyini vurğulamışlar.