REGİONLAR
EPİZOOTİYAYA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ GÖRÜLÜR
Rayon baytarlıq idarəsindən AZƏRTAC-ın müxbirinə demişlər ki, 11 sahə məntəqəsi üzrə 33 nəfər baytar mütəxəssis cədvələ uyğun olaraq ayrı-ayrı kəndlərdə bu və ya digər heyvan xəstəliklərinə qarşı vaxtında peyvənd və müayinə işləri görür. Cari ilin yanvar-fevral aylarında qaramal arasında qarayaraya qarşı peyvənd artıq başa çatmışdır. Bu məqsədlə rayona 115990 doza dərman preparatı gətirilmişdir. Aprel ayında bu tədbir davarda da aparılacaqdır. Siyahı üzrə 4150 başda quduzluğa qarşı peyvənd tədbiri görülmüşdür.
Birinci rübdə nəzərdə tutulmuş 7 min baş əvəzinə, iki ayda 9586 baş heyvanda brusellyozun seroloji müayinəsi həyata keçirilib. Habelə, mal-qara arasında vərəm xəstəliyinin müayinəsi də müvəffəqiyyətlə davam etdirilir. Qısa vaxtda 15 min başda müayinə aparılmışdır ki, bu da rüblük cədvəldə nəzərdə tutulduğundan 3 dəfə artıqdır.
Görülən tədbirlər nəticəsində indi bölgədə heyvanlar arasında qarayara, brusellyoz, vərəm, quduzluq kimi xəstəliklər müşahidə edilmir.