ORDU
Ehtiyat zabit hazırlığı kursunun buraxılış mərasimi keçirilib
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək müdafiə nazirinin əmri ilə leytenant hərbi rütbəsi verilən gənc zabitlərin növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni oxunub.
Tədbirdə çıxış edənlər ilk zabit rütbəsinə layiq görülmələri münasibətilə kursu bitirən məzunlara təbriklərini çatdırıb, xidmətdə uğurlar arzulayıblar.
Sonda kursu müvəffəqiyyətlə bitirən kursantlara leytenant rütbəsinin poqonları və sertifikatlar təqdim olunub.