CƏMİYYƏT
“Ekol Mühəndislik Xidmətləri” QSC-də maarifləndirici məşğələlər təşkil edilib
Bakı, 6 noyabr, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində və bütün istehsalat sahələrində ekoloji monitorinq departamentinin və texniki təhlükəsizlik şöbəsinin əməkdaşları tərəfindən “ISO 14001-2015 standartının yeni versiyası” və “Yanğın zamanı davranış qaydaları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə” mövzusunda maarifləndirici məşğələlər keçirilib.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, maarifləndirici məşğələlər QSC-nin baş ofisində, tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (Heydər Əliyev adına neft emalı zavodunun 9-cu sahəsinin ərazisi) sahələrində, torpaqların rekultivasiya departamentinin 1-ci və 2-ci sahələrdə, elektromexanika və nəqliyyat sexlərində, inzibati təsərrüfat şöbəsində, eləcə də Ekologiya İdarəsinin tullantıların idarə edilməsi mərkəzində təşkil olunub. Hər iki mövzu haqqında iştirakçılara ətraflı məlumat verilib.