Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Ekspert: Ələt Azad İqtisadi Zonası Azərbaycanı xarici investisiyaların cazibə mərkəzinə çevirəcək

Ekspert: Ələt Azad İqtisadi Zonası Azərbaycanı xarici investisiyaların cazibə mərkəzinə çevirəcək

Bakı, 31 iyul, AZƏRTAC

Prezident İlham Əliyev ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsini prioritet vəzifə kimi müəyyənləşdirib. Ələt Azad İqtisadi Zonası və xarici investisiyaların Azərbaycana cəlb edilməsi dövlətin təkcə iqtisadi inkişaf və rifahı baxımından deyil, həmçinin təhlükəsizliyi nöqteyi-nəzərindən də vacib əhəmiyyət kəsb edir. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına əsasən, Azərbaycan Respublikasının uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin olunmasında sərmayələrin cəlb edilməsi xüsusi rol oynayır. Ona görə də əlverişli sərmayə mühitinin yaxşılaşdırılması qarşıda duran ən əsas vəzifələrdəndir.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov bildirib.

Elşən Məcidov deyib ki, oxşar prioritet 2021-ci ildə qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənəddə də öz əksini tapır. Ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması təmin edilməlidir. Lakin bu zaman ölkənin milli maraqlarının qorunması və xarici investorlara rəqabət mühitinin yaradılması ilə investisiyaların səmərəli tənzimlənməsi diqqət mərkəzində saxlanılmalıdır.

“Bu məqsədə çatmaq üçün əsas vəzifələr qismində korporativ idarəetmənin təkmilləşdirilməsi, şəxsi mülkiyyətin qorunması, sağlam rəqabət mühitinin yaradılması çıxış edir. Ələt Azad İqtisadi Zonası bu məqsəd istiqamətində atılmış böyük addımdır. Əvvəla qeyd edək ki, Ələt Azad İqtisadi Zonasının yaradıldığı məkan iqtisadi düşüncə və geoiqtisadi strategiyaya uyğun olaraq seçilib. Ələt qəsəbəsi Azərbaycanın paytaxtı və iqtisadi lokomotivi olan Bakıdan 70 kilometr məsafədə, avtomobil və dəmir yolu xətlərinin kəsişdiyi məkanda yerləşir. İqtisadi Zonası, həmçinin Səngəçal neft terminalının yaxınlığındadır. Gələcəkdə yük daşımaların həyata keçirilməsi üçün yeni hava limanının da məkanı olacaqdır. Bu qəbildən Ələt Azad İqtisadi Zonası Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizi boyunca Azərbaycanın bir tranzit ölkə kimi daha da inkişaf etməsinə şərait yaradıb, gəlirlər ilə birlikdə ölkəmizə müasir texnologiyaların da gəlməsini vəd edir”, - deyə E.Məcidov bildirib.

Siyasi ekspert əlavə edib ki, pandemiya səbəbindən dünyada hökm sürən iqtisadi böhran ölkələr arasındakı iqtisadi bağları zəiflədib, ümumilikdə dünya iqtisadiyyatına və ayrı-ayrı ölkələrə mənfi təsir göstərib. Pandemiya iqtisadiyyat elmində mövcud olan, adətən təcrübədə ayrı-ayrılıqda müşahidə edilən istehsal və istehlak böhranlarını bir araya gətirdi. Qapanma nəticəsində istehsal templəri aşağı düşdüyünə görə dünya istehsal böhranı ilə iş yerlərinin qapanması səbəbindən azaldığına görə qənaət etməyin aktuallığı dünyanı istehlak böhranı ilə qarşılaşdırdı. Bu səbəbdən sərmayəçilər hazırda vəsaitlərini əvvəlkindən daha ehtiyatlı və düşünülmüş şəkildə yatırım edirlər. Tam əminliklə demək olar ki, Ələt Azad İqtisadi Zonası Azərbaycanı xarici investisiyaların cazibə mərkəzinə çevirəcək. Belə ki, hər bir azad iqtisadi zonada olduğu kimi, burada da xüsusi vergi və gömrük rejimi fəaliyyət göstərdiyinə görə biznesin inkişafı və gəlir əldə edilməsi daha münasib olacaq. Boşalmış büdcələri doldurmaq üçün vergi və gömrük tariflərini artırmağa üstünlük verən bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan azad iqtisadi zona formalaşdıraraq, iqtisadiyyatı daha şəffaf və əlçatan edərək xarici investorlar üçün əlverişli mühit yaradır.

Digər səbəb Azərbaycanın özünəməxsus xarici siyasət paradiqması ilə bağlıdır. Beynəlxalq münasibətlər nəzəriyyəsində mövcud paradiqma və yanaşmaları nəzərdən keçirsək, Azərbaycanın neorealizm paradiqmasına daha yaxın olması qənaətinə gələrik. İqtisadi maraqları siyasi maraqlara tabe edən realizmdən və əsasən siyasi maraqları iqtisadi maraqlar edən liberalizmdən fərqli olaraq, neorealizm iqtisadi maraqları siyasi maraqlardan seçib ayırmağa üstünlük verir. Prezident İlham Əliyevin hakimiyyət illərində Azərbaycan Rusiya, ABŞ, Avropa, İran kimi aparıcı oyunçularla siyasi əməkdaşlıqdan tutmuş rəqabətə qədər fərqli münasibətlər yaşasa da, adı çəkilən aktorlarla iqtisadi münasibətləri daima yüksələn xətlə inkişaf etmişdir. Siyasi stabillik faktoru isə xarici investorlar üçün ən əsas amillərdən biridir. Siyasi qeyri-stabilliyin hökmranlıq etdiyi hal-hazırkı dünyada sərmayəçilər, siyasi münasibətlərin iqtisadi əlaqələrə mənfi təsir göstərmədiyi Azərbaycanda özlərinə əsl iqtisadi mühit tapmış olacaqlar.

Lakin buna nail olmaq üçün dövlətin düşünülmüş xarici siyasət xətti və Ələt Azad İqtisadi Zonasının timsalında uğurlu iqtisadi addımları kifayət deyil. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, ticarət palataları, müştərək biznes qrupları, hökumətlərarası komissiyalar bu istiqamətdə səylərini on qat daha da artırmalıdır. Bütün bu proseslər pərakəndə və nizamsız halda yox, rəsmi Bakı ilə şaquli formada, bir-birləri ilə isə üfüqi formada koordinasiya olunmuş şəkildə həyata keçirilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi