DÜNYA


Ekvadorda güclü zəlzələ baş verib

Ekvadorda güclü zəlzələ baş verib

Madrid, 27 mart, AZƏRTAC

Ekvadorun şimal sahillərində 6 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Ekvador Geofizika İnstitutuna istinadla xəbər verir ki, yeraltı təkanların episentri ölkənin şimal-qərbində, Kolumbiya ilə həmsərhəd Esmeraldas əyalətindədir. Zəlzələ nəticəsində 30-dan çox binaya ziyan dəyib.

Yeraltı təkanlar paytaxt Kitoda daha çox hiss olunub.

Zəlzələdən sonra respublikanın 11 vilayətində 3,9, 5,1 və 3,5 bal gücündə daha üç təkan qeydə alınıb.

Ekvador Sakit Okean Atəş Halqası kimi tanınan və dünyada seysmik aktivliyin 85 faizinin baş verdiyi bölgədə yerləşir.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.