DÜNYA


Ekvadorda yol-nəqliyyat qəzası nəticəsində 9 nəfər ölüb

Bakı, 13 may, AZƏRTAC 

Ekvadorun Karçi əyalətinin şimal hissəsində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində 9 nəfər ölüb, 36 insan yaralanıb.

AZƏRTAC Kolumbiyanın El Heraldo qəzetinin internet saytına istinadla xəbər verir ki, insident Ekvadorun bu ölkə ilə sərhədində baş verib. Tulkan-Banyos marşrutu ilə hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq aşıb. Yerli polisin məlumatına görə, ölən və yaralananların əksəriyyəti Ekvador vətəndaşlarıdır. Eyni zamanda, zərərçəkənlərdən bir neçəsinin Venesuela və Kolumbiya vətəndaşı olduğu bildirilir.

Qəzetin yaydığı xəbərdə yaralılardan 4 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir. Avtobus sürücüsü isə hadisə yerindən qaçıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.