CƏMİYYƏT


Elçin Məcidov: 47 karxana istismarçısına icazə sənədləri təqdim olunub

Elçin Məcidov: 47 karxana istismarçısına icazə sənədləri təqdim olunub

Bakı, 17 yanvar, AZƏRTAC

Daş karxanalarının əksəriyyəti Bakının Qaradağ rayonunda yerləşən əhəng və mişar daşı yataqlarıdır.

Qaradağda yerləşən daş karxanalarının fəaliyyətinin şəffaflaşdırılması məqsədilə 47 istismarçıya icazə sənədləri təqdim olunub. Eyni zamanda, Qaradağda fəaliyyət göstərən digər istismarçıların da zəruri sənədlərinin verilməsi və fəaliyyətlərinin mövcud qanunvericiliyin norma və standartları çərçivəsində aparılması işləri davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Elçin Məcidov yanvarın 17-də keçirilən mətbuat konfransında deyib.

Faydalı qazıntı yataqlarının bərpa olunması və mədən tullantılarının idarə olunması istiqamətində tədbirlərin davam etdirilməsi barədə məlumat verən sədr müavini bildirib ki, Nardaranda yerləşən daş karxanalarında mütəmadi monitorinqlər aparılır. Ərazinin bir qismində torpaqların rekultivasiyası işləri həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.