İDMAN


Eldəniz Əzizli: Əsas hədəf İslamiadada qələbə qazanmaq idi

Konya, 12 avqust, Səxavət Quliyev, AZƏRTAC

Əsas gücümü ikinci hissəyə saxlamışdım. Rəqibimin parterdə mənə heç nə edə bilməyəcəyini bilirdim.

AZƏRTAC xəbər verir ki, bu sözləri V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli jurnalistlərə müsahibəsində bildirib.

O, finaldakı rəqibi - özbəkistanlı Jasurbek Ortikboyevlə qarşılaşmasından danışıb. Rəqibin onun qolunu dişləmək istəməsinə münasibət bildirən idmançı deyib ki, güləşdir, hər şey ola bilər: “Dişi qoluma dəydi. Bunu təbii qarşılamaq və qıcıqlanmamaq lazımdır. Əks-təqdirdə nəzarəti itirə bilərsən. Əsas hədəf İslamiadada qələbə qazanmaq idi. Şükürlər olsun ki, arzuma çatdım".

E.Əzizli sentyabrda Serbiyanın paytaxtı Belqradda təşkil ediləcək dünya çempionatında qalib olmağı qarşıya məqsəd qoyduğunu bildirib: “Azərbaycanın yunan-Roma güləşi tarixində yalnız Fərid Mansurov ikiqat dünya çempionu adına layiq görülüb. Mən isə bu sevinci bir dəfə yaşamışam. Hədəf ikinci dəfə dünya çempionu titulunu qazanmaqdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.