İQTİSADİYYAT


“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası keçirilib

Bakı, 25 may, AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, İşçi qrupun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib. Sonra Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev tərəfindən əvvəlki “Doing Business” hesabatı arasındakı fərqlər göstərilməklə Dünya Bankı Qrupunun yeni “Əlverişli Biznes Mühiti” (“Business Enabling Environment”) layihəsi, həmçinin sözügedən layihənin “Kommunal xidmətlərə qoşulma” indikatoru üzrə diaqnostikası ilə əlaqədar görüləcək işlər barədə təqdimatlar nümayiş olunub.

“Azərişıq” ASC-nin sədrinin müşaviri Fərruh Heybətov tərəfindən sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən “Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası” üzrə cari ilin müvafiq dövründə görülmüş işlər, həmçinin İşçi qrupun 2022-ci il üçün təsdiq olunmuş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə məlumat verilib.

İclasda Energetika və İqtisadiyyat nazirlikləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.