ELM VƏ TƏHSİL
“Elm” qəzetinin növbəti nömrəsində...
Bakı, 20 may, AZƏRTAC
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü yer alıb.
Bundan əlavə, yeni nəşrdə akademik Arif Həşimovun AMEA-nın elmi bölmələrinin həqiqi və müxbir üzvləri ilə görüşü, həmçinin akademik Arif Həşimovun Elektron Elm Mərkəzinin inşası ilə əlaqədar keçirdiyi səyyar müşavirə, Rəyasət Heyətinin iclası, akademiyada elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılmasına dair iclas və Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilən seminara dair informasiyalarla, “Həyatını elmə həsr etmiş alim”, “Elm və təhsilin inteqrasiyasına hədəflənən muzeylər və ya “Teknofest”dən elm və texnika profilli muzeylərə doğru” sərlövhəli məqalələrlə, yeni nəşrlərlə tanış olmaq olar.