ELM VƏ TƏHSİL


Elmi seminar: Günəş-Yer əlaqələri fizikasının bəzi nəzəri məsələləri

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroloji seminar keçirilib.

Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, seminarda şöbə müdiri Bayram Rüstəmov ölkəmizdə elmin inkişafına xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb.

Sonra kosmik plazma və heliogeofiziki problemlər şöbəsinin elmi işçisi Mahir Pirquliyevin “Günəş-Yer əlaqələri fizikasının bəzi nəzəri məsələləri” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi Günəş-Yer əlaqələri fizikasının mühüm problemlərindən olan Günəş neytrinosu problemi haqqında ətraflı məlumat verib.

Seminarda, eyni zamanda, ŞAR-da aparılan elmi-tədqiqatlar diqqətə çatdırılıb, müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.