İQTİSADİYYAT


Energetika naziri Şamaxıda vətəndaşları qəbul edəcək

Energetika naziri Şamaxıda vətəndaşları qəbul edəcək

Bakı, 31 mart, AZƏRTAC

Aprelin 14-də energetika naziri Pərviz Şahbazov Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, qəbul saat 11:00-dan etibarən Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi 18/a) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), [email protected] elektron poçt ünvanı, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq” bölməsi vasitəsilə də qəbula yazıla bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.