İDMAN


Eriksen Danimarkanın ən yaxşı futbolçusu seçilib

Bakı, 7 yanvar, AZƏRTAC

İngiltərənin “Tottenxem” futbol klubunun yarımmüdafiəçisi Kristian Eriksen ölkəsində - Danimarkada ilin ən yaxşı futbolçusu seçilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ən yaxşı oyunçunu müəyyən etmək üçün Danimarkanın məşqçiləri arasında səsvermə keçirilib.

Eriksen “Tottenxem” klubunda cari mövsümdə keçirdiyi 24 oyunda 6 qolun müəllifi olub. 26 yaşlı futbolçu Rusiyada keçirilən futbol üzrə XXI Dünya çempionatında Danimarka millisinin heyətində göstərdiyi mükəmməl oyunu ilə komandasını səkkizdə bir final mərhələsinə çıxara bilib.

Xatırladaq ki, Eriksen 2013-cü ildə Hollandiyanın “Ayaks” klubundan “Tottenxem”ə transfer olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.