DÜNYA


Erməni hərbçi özünü güllələyib

Bakı, 21 iyul, AZƏRTAC

İyulun 21-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələrinin yaraqlılarından biri özünə qəsd edib.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Xocavənd ərazisindəki mənbələrdən verilən məlumata görə, xidmətin çətinliyinə dözməyən hərbi qulluqçu Samvel Dadunts avtomatla özünü qarnından güllələyib.

Hazırda hərbçinin meyitinin tibbi ekspertizası aparılır.

Məlum olub ki, bu, S.Daduntsun xidmət etdiyi dəstədə baş verən ilk cinayət hadisəsi deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.