Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Erməni hücumları zamanı əhalinin gizləndiyi Sündü mağaraları - REPORTAJ VİDEO

Erməni hücumları zamanı əhalinin gizləndiyi Sündü mağaraları - REPORTAJ VİDEO

Qobustan, 19 fevral, Rəşad Türkoğlu, AZƏRTAC

Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan, bir vaxtlar əcdadlarımızın yaşadığı mağaralara turistlərin də marağı böyükdür. Qobustan rayonundakı sirli-sehrli tərəfləri ilə daim insanların marağını çəkən mağaralar da belə yerlərdən biridir.

AZƏRTAC-ın əməkdaşının Qobustan rayonunun Sündü kəndindəki mağaralardan hazırladığı reportajı təqdim edirik.

Qobustan rayonunun 16 kilometr şimal-qərbində, əkin sahələrindən ibarət münbit yaylaların qoynunda yerləşən Sündü kəndinin qədim tarixi var. Sıldırım yamaclı təpələri, dərin yarğanları, ecazkar təbiəti kəndin yalnız bəzi cizgiləridir. Buradakı mağaralar isə kəndin qədimliyinin də, əzəmətinin də miqyasını böyüdür. Yay aylarında bu mağaralara üz tutaraq ocaq qalayıb süfrə açan, gətirdikləri azuqələrlə bəşər tarixinin ilk dövrlərinə səyahət etməyə çalışanlar az deyil.

Sündü kənd sakini Gülrza Nəhmətov deyir ki, burada ilin bütün fəsillərində, əsasən də yay aylarında turistləri görmək mümkündür. Kəndə gələn qonaqlar daha çox mağaralarla maraqlanırlar: “Bu mağaralardan bizim kənddə üç-dörd yerdə var, ən çox bu ərazidədir. Ona görə də turistlər tez-tez bura gəlirlər. Mağaraların tarixini bilmirik, deyilənə görə, çox qədim vaxtlara gedib çıxır”.

Heyrətamiz qayalar üzərində yerləşən mağaralar iç-içə oyma otaqlardan ibarət qədim yaşayış məskənləri olub, o dövrün insanlarının həyat tərzi, yaşam qanunları, ev mədəniyyəti ilə bağlı müəyyən fikirlər yaradır. Təbiət hadisələri mağaraların bəzilərində aşınmalara səbəb olub. Buna baxmayaraq, mağaralar tarixi əzəmətini qoruyub saxlayıb. Kənd ərazisində bir, iki və üç otaqlı olmaqla əcdadlarımızın qədim yaşayış məskənləri olan 14 belə mağara mövcuddur.

Sündüdə az qala hər daş, hər qarış bir tarixdir. Kənddə Sasani hücumlarının, Xəzər-Hun basqınlarının, ölkədaxili feodal müharibələrinin də izləri görünür. Kənd sakini Cabir Ağaverdiyev ərazidə qala olması ehtimalından danışır: “Sündü kəndi nəinki Qobustan rayonunun, eyni zamanda, Azərbaycanın ən qədim kəndlərindən biridir. Bunu kəndin ərazisində olan tarixi abidələr, maddi-mədəniyyət nümunələri, 32 qəbiristanlığın, 14 kurqanın olması, X əsrə aid məscid və hazırda qarşısında durduğumuz bu mağaralar sübut edir. Deyilənə görə, burada qala da olub. Tarixçilər gəlib araşdırıblar, amma əhatəli tədqiqat aparılmayıb. Bəzi məlumatlara görə, o qaladan bu mağaralara gizli yol da olub. Yəni, ehtiyac yarananda əhali həmin o keçidlərdən istifadə edərək qalaya ərzaq və içməli su ehtiyatlarının daşınmasında istifadə edib”.

Buradakı mağaralardan yerli sakinlər 1918-ci ilin aprel qırğınları zamanı sığınacaq kimi istifadə ediblər. Erməni-daşnak qüvvələri kənddəki 433 evdən 198-ni yandırıb, canını qurtarmağa fürsət tapmayan 295 nəfəri qətlə yetiriblər. Əlacsız qalan kəndin əli silah tutan sakinləri uşaqları, qadınları, qocaları mağaralara yerləşdirməklə yurdlarının müdafiəsinə və mübarizəsinə qatılıblar. Bir sözlə, bu mağaralar ermənilərin 1918-ci ildəki hücumları zamanı kənd sakinlərinin köməyinə çatıb.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli hesab edir ki, belə mağaralarda elmi araşdırmaların, arxeoloji tədqiqatların aparılmasına ehtiyacı var: “İstər Nərimankənd mağaraları olsun, istər Diribaba türbəsinin ətrafındakı mağaralar, istərsə də Sündü mağaraları - bunlar arxeoloji baxımdan tam öyrənilməyib. Böyük ekspedisiya burada işləməyib. Amma müxtəlif vaxtlarda bəzi baxışlar olub. Hələ 1920-1930-cu illərin hesabatlarında bu barədə məlumatlar yer alıb. Ona görə də, burada ətraflı tədqiqat aparılmasına ehtiyac var. Qobustanın bir çox kəndlərinin ətrafında belə mağaralara rast gəlmək olur, amma əsasən Nərimankənd, Diribaba və Sündü mağaraları diqqətçəkən mağaralar hesab edilir”.

Tarixçinin dediklərindən bu nəticəyə gəlmək olur ki, qədim yaşayış məskənləri olan, ehtiyac yarandıqda insanların müdafiə qalasına, gizli yuvasına çevrilən bu mağaralar turizm marşrutlarına da salınmalıdır. Mağaraların yerləşdiyi ərazini nəzərə alsaq, bu, həm də turistlər tərəfindən maraqla qarşılanacaq yeni marşrut ola bilər.

Erməni hücumları zamanı əhalinin gizləndiyi Sündü mağaraları - REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çadın əsas silah anbarında şiddətli partlayış baş verib

İsveç parlamenti ABŞ ilə müdafiə sazişini təsdiqləyib

İnsan orqanizmi kosmik uçuşdan sonra özünü tam bərpa edir

Partlamamış hərbi sursatlar yaşıl enerjiyə keçidi ləngidir

Azərbaycan Milli Kitabxanasının təmsil olunduğu CENL-in illik toplantısı başa çatıb

“Şerif”in baş məşqçisi: “Zirə” püşkatmada bizim üçün ən ciddi rəqiblərdəndir

Ərdoğan Paşinyanla Türkiyə-Ermənistan münasibətlərini müzakirə edib

Avro-2024: Portuqaliya millisi geri dönüş edərək qalib gəlib

Vaşinqtonda Azərbaycanın COP29 sədrliyinə dair tədbir keçirilib

Avropa birinciliyi: Azərbaycan ağırlıqqaldıranı üç medal qazanıb

Oğuzda küləyin yaratdığı fəsadlar aradan qaldırılıb

Qərbi Azərbaycan İcması Fransanın Ermənistana silah satışı ilə bağlı bəyanat yayıb

Səlim Babullaoğlu: Kitab fenomeni unikaldır, heç bir qadcet onu sıradan çıxara bilməz

Rusiya Prezidenti Vladimir Putinin KXDR-ə səfəri başlayıb

Gəncə Dövlət Filarmoniyasında “İntizar” operası təqdim olunub

Türkiyə millisi Avropa çempionatına inamlı qələbə ilə başlayıb - YENİLƏNİB-5

BDU-nun “Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib

Hande Harmancı: İctimai səhiyyədə işçi qüvvəsi iqlim dəyişikliyi mövzusunda xüsusi yer tutur

Meşə yanğınına görə Çanaqqala boğazında gəmilərin hərəkəti məhdudlaşdırılıb

“Avro-2024”: Türkiyə və Gürcüstan yığmalarının start heyətləri açıqlanıb

Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləyən Bəyannamə imzalanıb

ABŞ-da anomal istilər 270 milyon insanı əhatə edəcək

Atilla Tilki: Ağdamda görülən möhtəşəm işlərin nəticəsinin şahidi olduq

Azərbaycanın Xalq rəssamı “Birlik ulduzları” mükafatının laureatı olub

Kürdəmirdə ağır yol qəzası olub, ölənlər var

MN: Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə görə məsuliyyəti revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq VİDEO

ŞKTR parlamentinin sədri Milli Məclisin spikerini Lefkoşaya dəvət edib

Saatlıda gənc oğlan Araz çayında boğularaq ölüb

Allahşükür Paşazadə yeni təyin olunmuş Yepiskop Aleksiyi qəbul edib

Qazaxıstan Trans-Xəzər marşrutunun səmərəliliyini artırmaq üçün danışıqlar aparır

Avropa Liqası: “Zirə”nin rəqibi müəyyənləşib

Son beş ayda pensiya ödənişlərinə yönəldilən vəsaitin həcmi açıqlanıb

Cəlilabadın “şəfa” gölü FOTO VİDEO

Macarıstan Milli Assambleyasının üzvləri Ağdamda olublar - YENİLƏNİB

Leysan yağışları nəticəsində Gürcüstanın bəzi bölgələrində torpaq sürüşməsi baş verib

Çin və Cənubi Koreyanın 2+2 formatında dialoqu olub

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" Bolnisidə soydaşlarımızın təhsilə marağının artırılmasında mühüm rol oynayır

Türkiyə Azərbaycana 100 min ağac tingi göndərib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Naxçıvanın dağ kəndinə dolu düşüb, leysan davam edir

AZƏRBAYCANIN SƏNƏTKARLARI
İsmayıl Babayev: Papaqlar qədimdən qeyrət rəmzi olub

COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılır

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib

Azərbaycan və Qazaxıstanın 50 milyon dollar sərmayəsi ilə Xəzərin dibinə optik xətt çəkilir

Milli Kitabxanada “18 iyun - Milli İnsan Hüquqları Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Tədqiqat: Qədim mayyaların qurban ayinlərində oğlan uşaqları öldürülüb

Bakıda mikroavtobus yandı

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

Fransa Ermənistanı silahlandırmaqda davam edir

David Smith: İqlimlə bağlı problemləri həll etmək üçün maliyyə çatışmazlığı var

“Baku Piano Festival” çərçivəsində ədəbi müsabiqəyə yekun vurulub

Almaniyanın Süryani Ortodoks Kilsəsinin nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub

Moskvada gənc şairə Səidə Rəhimlinin kitabının təqdimatı keçirilib

Kelli Uillis: Azərbaycan iqlim dəyişikliyindən müdafiə istiqamətində çoxsaylı investisiya yatırır

Azərbaycanın boks millisi “BRİCS Sports Games Kazan 2024”də tam heyətlə çıxış edəcək

Malmödə soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Çində torpaq sürüşmələrində 21 nəfər itkin düşüb, 9 nəfər ölüb

Türkiyədə aeroportlara girişdə təhlükəsizlik tədbirləri gücləndirilir

İsmayıllıda 17 yaşlı oğlan itkin düşüb

İlqar Qurbanov: Gürcüstan millisi Türkiyə ilə matçda sürpriz edə bilər

Türkiyə çimərliklərində “mavi bayraq” olan dünyanın üç ölkəsindən biridir

Avro-2024: Mbappenin burnu sınıb, qalan matçlarda maska ilə oynayacaq

Azərbaycan insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçib ŞƏRH

RF XİN: Qərb Ermənistandan Cənubi Qafqaz ölkələrinə qarşı hibrid müharibədə alət kimi istifadə edir

Avropa Liqası: Bu gün "Zirə"nin rəqibi bəlli olacaq

“DİM 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclasda elm və təhsil nazirinin videomüraciəti yayımlanıb

Kelli Uillis: Azərbaycanda “yaşıl iş” yerlərinin yaradılması səhiyyə sektoruna töhfədir

Ucqar kənddə çalışan fədakar gənc müəllim FOTO VİDEO

DİN: Ötən gün ölkə ərazisində 38 kiloqram narkotik aşkarlanıb

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti keçirilir

COP29-un baş danışıqçısı: İqlim dəyişikliyinin sağlamlığa mənfi təsirləri artıq bütün dünyada özünü göstərir

Qanunsuz saxlanılan odlu silahların təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

Bu il Ombudsmanın “916” nömrəli Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

Avro-2024: Türkiyə turnirdə mübarizəyə başlayır

NBA: "Boston Seltiks" çempion olub

Qusarda qəbirləri dağıdan şəxs həbs olunub

Ombudsman: İnsan Hüquqları Aylığı dövründə qarşıya qoyulan məqsədlərə, hədəflərə nail ola bildik - MÜSAHİBƏ

Hacıqabulda altı fermadan oğurluq edən dəstə saxlanılıb VİDEO

Ekvadorda torpaq sürüşməsi baş verib, 7 nəfər ölüb

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Şimali Koreya əsgərləri demarkasiya xəttini keçməyə cəhd edib

Perunun şimalında 5,5 bal gücündə zəlzələ olub

Salvadorda daşqın nəticəsində 11 nəfər ölüb

ABŞ Prezidenti NATO Baş katibi ilə Ukraynadakı vəziyyəti müzakirə edib

“Euronews”: Azərbaycandakı konfransda minaların təmizlənməsi ilə bağlı vahid qlobal çağırış edilib

BMM-də Milli Qurtuluş Günü qeyd olunub

Bakıda mənzildən meyit tapılıb

Ermənistan Fransanın KNDS şirkəti ilə hərbi-texniki sahədə əməkdaşlıq edəcək

Avro-2024: Fransa millisi Avstriyanı avtoqolla məğlub edib

Stoltenberq: Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı yekdil qərar verilməlidir

Nazir: Moldova səhiyyəsində ciddi kadr böhranı yaşanır

Türkiyə müdafiə sənayesinin yenilikləri Avropanın ən böyük silah sərgisində təqdim olunub

Avro-2024: Slovakiya Belçikanı məğlub edib

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini daha da artırıb

Türkiyə Prezidenti: Biz gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək niyyətindəyik

Nikol Paşinyan: Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyasına dair referendum keçirilə bilər

Azərbaycanın Ukraynadakı səfiri Xmelnitski şəhərinin tələbələri üçün mühazirə oxuyub

Ermənistan parlamentinin növbədənkənar sessiyası baş tutmayıb