DÜNYA


Ermənistan ərazisində ardıcıl olaraq iki zəlzələ baş verib

Tbilisi, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da axşam saatlarında Ermənistan ərazisində ard-arda iki zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, yeraltı təkanlar Gürcüstanın paytaxtı Tbilisidə də hiss olunub.

Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzinin yaydığı məlumatda deyilir ki, birinci zəlzələ 5,2 bal olmaqla Tbilisi vaxtı ilə saat 20:22-də, ikincisi isə 4,2 bal olmaqla saat 20:24-də qeydə alınıb.

Birinci zəlzələnin episentri Gürcüstan sərhədindən 9 kilometr, digəri isə 5 kilometr aralıda - Ermənistan ərazisində olub.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.