ORDU
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini ümumilikdə 52 dəfə pozub VİDEO
Bakı, 14 mart, AZƏRTAC
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 52 dəfə pozub.
Ermənistanın Noyemberyan rayonunun Dovex, İcevan rayonunun Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.
Azərbaycan Respublikasının Goranboy rayonunun Talış, Tap Qaraqoyunlu, Tərtər rayonunun Çaylı, Qızıl Oba, Ağdam rayonunun Cəvahirli, Novruzlu, Kəngərli, Sarıcalı, Şıxlar, Baş Qərvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qorqan, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.