Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Ermənistana olan “yardım”lar işğalın maliyyələşməsinə xidmət edir – Təhlil

Ermənistana olan “yardım”lar işğalın maliyyələşməsinə xidmət edir – Təhlil

Bakı, 29 oktyabr, AZƏRTAC

Biraylıq müharibə nəticəsində Ermənistan iqtisadiyyatına ən azı 3,5 milyard ABŞ dolları dəyərində ziyan vurulduğu məlumdur. Əlavə olaraq, alternativ xərcləri və itirilmiş imkanları nəzərə aldıqda isə bu zərərin məbləği bir neçə dəfə artıq olur. Ümumi daxili məhsulu (ÜDM) 13,7 milyard dollar, rəsmi rezerv aktivləri 2,6 milyard dolları olan bir ölkə üçün bunlar kifayət qədər yüksək göstəricilərdir.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibovun Ermənistana olan “yardım”ların işğalın maliyyələşməsinə xidməti ilə bağlı şərhini təqdim edir.

Ermənistan Asiya regionunda rəsmi yoxsulluq səviyyəsi (23,5 faiz) ən pis vəziyyətdə olan ölkələrdən biri kimi, müharibə xərclərini artırmaq üçün heç də əlverişli imkanlara malik deyil. ÜDM-in 2,3 faizini pandemiya ilə mübarizədə itirmiş Ermənistan beynəlxalq təşkilatların hesablamalarına görə, qarşıdakı illərdə daha yüksək fiskal defisit (Asiya İnkişaf Bankının proqnozu 5,6 faiz, Beynəlxalq Valyuta Fondunun proqnozu 7,4 faiz) və aşağı gəlirlərlə üz-üzə qalacaq. Göründüyü kimi, büdcə gəlirlərinin azaldığı, iqtisadi aktivliyin 2009-cu ildən bəri ən kəskin azalmasının müşahidə olunduğu (13,7 faizlik azalma) iqtisadiyyat COVID-19 böhranı ilə mübarizədən hələ də özünə gələ bilməyib.

Həmçinin minimum qiymətləndirmə ssenariləri əsasında ən azı 2,7 milyard dollar həcmində ciddi hərbi-sursat və texnika itkilərinə məruz qalan Ermənistan öz hərbi xərclərini 82 milyon dollar artırmaq məcburiyyətində qaldı. Əlavə olaraq, erməni diasporunun dünyanın müxtəlif ölkələrində apardıqları kompaniyalarla Ermənistana maliyyə nəfəsliyini təmin etmək istiqamətindəki addımları da diqqətçəkəndir. Belə ki, Hayastan Ümumerməni Fonduna dünyanın müxtəlif ölkələrində aparılmış kompaniyalar çərçivəsində 150 milyon dollardan bir qədər çox ianə toplanıb. Ancaq bunların Ermənistanı gözləyən potensial iqtisadi tükənmədən və sosial-psixoloji partlayışlardan qoruya bilməyəcək qədər az olduğunu hər kəs anlayır.

Ermənistana “humanitar yardım” adı ilə silah qaçaqmalçılığı həyata keçirilir

İndiki halda, müxtəlif cinayətkar qruplarla əlaqəyə girərək ölkəsinə silah daşınmasına çalışan Ermənistanın bu baxımdan da imkanları yüksək görünmür. Artıq Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Ermənistana bu ölkənin qeydiyyatında olan təyyarələrdən silah qaçaqmalçılığında istifadə olunması barədə məlumatlandırılıb. Ermənistana silah və hərbi texnika daşınması bir sıra hallarda “humanitar yardım” adı ilə həyata keçirilir. Burada, dəyəri bir neçə milyon dollarlarla ölçülən zenit-raket sistemlərinin və digər ağır texnikanın daşınması həyata keçirilir. Aydındır ki, indiki halda ayrı-ayrı cinayətkar qruplaşmalar vasitəsilə həyata keçirilən bu siyasətin Ermənistanın gələcək iqtisadi müstəqilliyi üçün nə ilə nəticələnəcəyi bəllidir. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) məlumatlarından da məlum olduğu kimi, vaxtı ilə aparılmış bu cür qarşılıqlı anlaşmaların nəticəsidir ki, hazırda Ermənistanın strateji əhəmiyyət daşıyan enerji, kritik infrastruktur və digər sahələri tamamilə üçüncü ölkələrdən asılı vəziyyətdədir. Ona görə də, erməni cəmiyyəti və vətəndaş cəmiyyəti institutları Ermənistana cinayətkar qruplaşmalar vasitəsilə bu formada silah yardımların edilməsinə qarşı çıxmalıdır ki, ölkə geridə qalan cüzi müstəqilliyini də itirməsin.

Ermənistana verilən maliyyə vəsaitləri terrorizmin maliyyələşməsinə xidmət edir

Ermənistanı borc vəsaitləri və infrastruktur investisiyaları ilə maliyyələşdirən bir sıra beynəlxalq təşkilatların addımları əslində Ermənistan tərəfindən dolayısı ilə terrorizmin və işğalın maliyyələşdirilməsinə sərf olunur. Belə ki, bu xüsusda son dövrlər infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə bağlı Ermənistanın xarici təşkilatlardan cəlb etdiyi vəsaitlərin bir hissəsi sonradan çirkli pulların yuyulması sxemləri üzrə nəqliyyat dəhlizlərinin inkişafına sərf edilir. Həmin dəhlizlər isə beynəlxalq təşkilatlar tərəfindən də narkotik qaçaqmalçılığı və silah daşımaçılığı üzrə təhlükəli marşrutlar kimi qeyd olunur. Artıq beynəlxalq ictimaiyyətə bəllidir ki, Dağlıq Qarabağda mövcud olan separatçı rejimin narkotik plantasiyaları və onun trafiki üçün nəqliyyat dəhlizləri mövcuddur. Azərbaycan ordusunun apardığı antiterror əməliyyatları çərçivəsində də işğal olunmuş ərazilərdə erməni terrorçu qüvvələrinin narkotik vasitələrin yüksək istifadəsi və təchizatını təşkil etdiyi aşkara çıxarıldı. Bu ərazilərdə ASALA, PKK kimi ABŞ və Avropa İttifaqı səviyyəsində terrorçu kimi tanınmış təşkilatların akkumulyasiyası da bu trafiki təşkil etməkdən ibarət olub. Çirkli pulların yuyulması və narkotik qaçaqmalçılığının Ermənistanda dövlət siyasəti kimi həyata keçirilməsi ABŞ Dövlət Departamenti tərəfindən hazırlanan hesabatlarda da əks edilib.

Amerika Mərkəzi Kəşfiyyat İdarəsindən xüsusi sitat: erməni terrorizmi

Oktyabr ayında Gəncə şəhərinə heç bir hərbi hədəfin olmadığı halda ard-arda edilən terror hücumları ilə Ermənistan dövləti özünün terrorçu mahiyyətini beynəlxalq ictimaiyyətə xatırlatmış oldu. Təsadüfi deyil ki, Ermənistan Amerika Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən adına xüsusi terrorizm ifadəsi (“erməni terrorizmi”) formalaşdırdığı çox nadir ölkələrdən biri, Cənubi Qafqazın isə yeganə ölkəsidir. Buna görə də erməni lobbilərinin dünyanın müxtəlif ölkələrində Ermənistana “humanitar yardım” adı ilə təşkil etdikləri dəstək kompaniyalarının bu cür kriminal niyyətlərin realizasiyasına sərf olunması unudulmamalıdır. Ermənistan uzun müddətdir Avropa və Asiyanın müxtəlif maliyyə və investisiya qurumları ilə də investisiyaların cəlbi istiqamətində davamlı iş aparır. Gözləniləndir və ümid olunur ki, artıq bu cür açıq-açığına terrorçu hücumlardan sonra beynəlxalq investorlar Ermənistanın maliyyələşdirilməsi və ona yatırılmış hər hansı sərmayənin, verilmiş borc vəsaitinin birbaşa terrorizmə xidmət etdiyini qəbul edəcək və bu ölkənin maliyyələşdirilməsini dayandıracaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib